Modern.az

Şərqiyyə Dadaşova: “Məcburi köçkün sözü keçmişdə qaldı…”

Şərqiyyə Dadaşova: “Məcburi köçkün sözü keçmişdə qaldı…”

29 Oktyabr 2024, 12:20

İşğaldan azad edilmiş ərazilərdə insanlar üçün rahat və təhlükəsiz şərait  yaradılır. Buna görə də hamı tez bir vaxtda doğma yurda qayıtmaq istəyir.  Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, Regional Gender Mərkəzi İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova Böyük Qayıdış prosesi ilə bağlı fikrini belə ifadə edib. O, “məcburi köçkün” sözünün “keçmiş məcburi köçkün” sözü ilə əvəz edilməsinin sevinc hissi doğurduğunu bildirib...

 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq,  Qaçqınların və Məcburi Köşkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində  ictimai fəalların, sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır.

 

Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Şərqiyyə Dadaşovanın iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?