Modern.az

Masazırda yanğın olub

Masazırda yanğın olub

30 Oktyabr 2024, 17:51

Abşeron rayonu Masazır qəsəbəsində yanğın olub.

Modern.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində mətbəxin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə, hamam otağının lambirdən ibarət tavanı 10 m² sahədə və dam örtüyünün taxta atmaları 90 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?