Modern.az

Milli Qəhrəmanımızın atası vəfat etdi

Milli Qəhrəmanımızın atası vəfat etdi

Aktual

30 Oktyabr 2024, 18:05

Azərbaycanın Milli Qəhrəmanı Şamoy Çobanovun atası Məhyəddin Çobanov vəfat edib. 

 

Modern.az-ın məlumatına görə, mərhum Qazax rayonunun Ağköynək kənd qəbristanlığında dəfn olunub.

 

Qeyd edək ki, Şamoy Çobanov 1965-ci ilin yanvar ayının 19-da Qazax rayonunun Ağköynək kəndində anadan olub.

 

O, 1990-cı il 19 avqustda Yuxarı Əskipara kəndində gedən döyüşdə şəhid olub.

 

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Çobanov Şamoy Məhyəddin oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?