Modern.az

Hərbi attaşelər Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında

Hərbi attaşelər Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında

Aktual

30 Oktyabr 2024, 18:09

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanını ziyarət ediblər.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Tədbirdə 12 ölkədən 15 hərbi attaşelik aparatının nümayəndəsi iştirak edib.

 

Ziyarətçilərə brifinq təqdim olunub. Brifinqdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tarixi, cari fəaliyyət istiqamətləri, əməkdaşlıq sahələri və perspektiv planları barədə məlumatlar verilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

 

Sonda qonaqlar limanın ərazisindəki infrastruktur və obyektlərlə tanış olublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?