Modern.az

Sumqayıtda işıq olmayacaq

Sumqayıtda işıq olmayacaq

Aktual

30 Oktyabr 2024, 20:52

Oktyabrın 31-də Sumqayıtın bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

 

Modern.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

 

Bildirilir ki, “Sumqayıt-2” yarımstansiyasında həyata keçirilən təmir işləri ilə əlaqədar oktyabrın 31-də elektrik xətləri sifarişə əsasən açılacaq.

 

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək 6, 9, 10, 12, 13-cü mikrorayonlar, 47, 48-ci məhəllə, Yaşıldərə yaşayış massivi, Corat və Saray qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?