Modern.az

İspaniyada xəsarət alanlar arasında azərbaycanlı yoxdur

İspaniyada xəsarət alanlar arasında azərbaycanlı yoxdur

Aktual

30 Oktyabr 2024, 22:09

Hazırda olan məlumata əsasən, İspaniyadakı daşqınlar nəticəsində xəsarət alanlar arasında azərbaycanlı yoxdur.

 

Modern.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə APA-ya bildirib.

 

O qeyd edib ki, oradakı səfirliyimizə hər hansı müraciət daxil olmayıb.

 

Qeyd edək ki, İspaniyanın şərqindəki Valensiya bölgəsində çərşənbə axşamından başlayan leysan yağışları daşqınlara səbəb olub.

 

Təbii fəlakət nəticəsində avtomobillərə, qatar relslərinə, evlərə və binalara ziyan dəyib.

 

Daşqınlar nəticəsində azı 72 nəfər həlak olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?