Modern.az

ABŞ-ın bu məşhur simaları Harrisə səs verəcəklər

ABŞ-ın bu məşhur simaları Harrisə səs verəcəklər

31 Oktyabr 2024, 12:56

ABŞ-da prezident seçkilərinə 5 gün qalmış məşhur simalar tərəflərdən hansını dəstəklədiklərini elan etməyə başlayıblar.

Modern.az-ın məlumatına görə, xarici KİV xəbər verir ki, sabiq respublikaçı, eks-prezident Corc Buşun (oğul) qızı Demokratlar Partiyasının namizədi Kamala Harrisə səs verəcəyini bəyan edib.

Tanınmış aktyor Arnold Şvarsenegger də Harrisə dəstəyini açıqlayıb.

“Hollivud”un ulduzu Leonardo di Kaprio da Demokratların namizədini dəstəklədiyini gizlətməyib.

Amerikalı müğənni və aktrisa Cenifer Lopezin seçimi də Kamala Harrisdir.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirləcək. Prezidentlik uğrunda mübarizə demokrat Kamala Harrislə respublikaçı Donald Tramp arasında gedir.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?