Modern.az

ABŞ-da yeni prezidentin andiçmə tarixi açıqlandı - Bayden də qatılacaq

ABŞ-da yeni prezidentin andiçmə tarixi açıqlandı - Bayden də qatılacaq

31 Oktyabr 2024, 14:24

ABŞ lideri Co Bayden 5 noyabr tarixli prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, 2025-ci il yanvarın 20-də öz xələfinin inauqurasiya mərasimində iştirak edəcək.

Modern.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

"O bunu edəcək" deyə Karine Jan-Pye  jurnalistin müvafiq sualını cavablandırıb.

Jan-Pyerin sözlərinə görə, ABŞ xalqı “hakimiyyətin dinc yolla ötürülməsini görməlidir”.

"Prezidentdən görəcəyiniz şey budur", - o deyib.

“İnauqurasiyada iştirak etmək bu prosesin bir hissəsidir. Tarixən bu, müntəzəm olaraq baş verir. O, şübhəsiz ki, andiçmədə iştirak edəcək”, – Ağ Evin mətbuat katibi bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?