Modern.az

Narkotikin təsiri altında maşın idarə edən sürücü saxlanıldı

Narkotikin təsiri altında maşın idarə edən sürücü saxlanıldı

1 Noyabr 2024, 08:28

Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Vaz" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Fərid Mustafayevə “saxla” işarəsi verilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, araşdırma zamanı onun narkotik vasitə olan marixuanının təsiri altında və sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkarlanıb.

F.Mustafayev barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarına əsasən 15 sutka inzibati qaydada həbs edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?