Modern.az

Vüqar Qurbanov xanım həkimə VƏZİFƏ VERDİ

Vüqar Qurbanov xanım həkimə VƏZİFƏ VERDİ

29 Noyabr 2024, 18:45

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsə yeni baş həkim təyin edilib.

Modern.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Mətanət Əliyeva Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktorunun müavini - baş həkimi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, M.Əliyeva bu təyinatadək Mingəçevir Ailə Sağlamlıq Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi