Modern.az

Maşını etibarnamə ilə sürənlərə XOŞ XƏBƏR - VİDEO

Maşını etibarnamə ilə sürənlərə XOŞ XƏBƏR - VİDEO

Aktual

4 Noyabr 2024, 22:53

Etibarnamə ilə bağlı yeni qayda qüvvəyə minib.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev "Facebook" hesabında yazıb.

 

Bildirilib ki, indiyədək inzibati xətalarla bağlı cərimələr sonuncu etibarnamə verilən şəxsin adına gəlirdisə, bu, daha belə olmayacaq.

 

Avtomobil sahibi kiməsə nəqliyyat vasitəsini etibarnamə ilə veribsə, artıq nəqliyyat vasitəsini idarə edən şəxs həmin müddəti özü təyin edə bilər.

 

Bu zaman törədilən inzibati xətalar həmin avtomobil sahibinin yox, sürücünün adına rəsmiləşəcək.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək