Modern.az

Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər

Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər

Aktual

5 Noyabr 2024, 15:12

Hindistan 2036-cı ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edə bilər.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı ölkənin Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət edib.

Yay Olimpiya Oyunları 2028-ci ildə ABŞ-ın Los-Anceles, 2032-ci ildə isə Avstraliyanın Brisben şəhərində keçiriləcək.

Xatırladaq ki, sonuncu Yay Olimpiya Oyunları bu il Fransanın paytaxtı Paris şəhərində təşkil olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi