Modern.az

Elçin Əmirbəyov Macarıstanda görüşlər keçirib

Elçin Əmirbəyov Macarıstanda görüşlər keçirib

Aktual

6 Noyabr 2024, 07:40

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Macarıstana işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın bu ölkədəki səfiri Tahir Tağızadə məlumat verib.

 

Onun sözlərinə görə, E.Əmirbəyov Macarıstanın Avropa İttifaqı işləri naziri Boka Yanos, baş nazirin siyasi məsələlər üzrə köməkçisi Balaş Orban, XİN-in dövlət katibi Peter Ştaray və parlamentin vitse spikeri Şandor Lejakla görüşüb.

 

Həmçinin E.Əmirbəyov Macarıstandakı beyin mərkəzlərinin rəhbərləri ilə görüşlər keçirib, eləcə də, yerli televiziya və jurnala müsahibə verməklə Azərbaycan həqiqətlərini Şərqi Avropa ölkəsinin ictimaiyyətinə çatdırıb.

 

 

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi