Modern.az

Bakıda 6 evdən oğurluq edən şəxs ələ keçdi

Bakıda 6 evdən oğurluq edən şəxs ələ keçdi

Aktual

6 Noyabr 2024, 10:16

Xəzər rayonu ərazisində 6 evdən ümumilikdə 4300 manat nağd pul, 11000 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlaması barədə polisə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

 

Bildirilib ki, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş A.İsgəndərov müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı