Modern.az

DSX hərbi xidmətə qəbul elan etdi

DSX hərbi xidmətə qəbul elan etdi

6 Noyabr 2024, 12:10

Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

 

Qeyd olunub ki, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

 

Namizədlər aşağıdaki tələblərə cavab verməlidir:

 

Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

30 yaşı keçməməli;

Fiziki cəhətdən sağlam olmalı;

Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi