Modern.az

Bu gündən onlar üçün metrodan istifadə pulsuzdur

Bu gündən onlar üçün metrodan istifadə pulsuzdur

Aktual

6 Noyabr 2024, 17:16

Bu gündən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün metro nəqliyyatından istifadə ödənişsizdir.

 

Modern.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

 

O bildirib ki, bunun üçün COP29 iştirakçıları akkreditasiya kartını təqdim etməlidirlər.

 

Qeyd edək ki, COP29 iştirakçıları dəmir yolu nəqliyyatından da ödənişsiz istifadə edə bilirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək