Modern.az

Ermənistandakı Aİ müşahidəçilərindən Azərbaycana qarşı TƏXRİBAT

Ermənistandakı Aİ müşahidəçilərindən Azərbaycana qarşı TƏXRİBAT

Aktual

7 Noyabr 2024, 15:14

Ermənistandakı Avropa İttifaqı (Aİ) missiyasının əməkdaşları Azərbaycana qarşı növbəti təxribata əl atıblar.

Modern.az xəbər verir ki, bu gün saat 09:26-da Avropa İttifaqının üç müşahidəçisi Aİ-yə məxsus "Toyota" markalı avtomobillə Gorus rayonunun Kornidzor kəndinin yaxınlığına gəliblər.

Avropa İttifaqının əməkdaşları Azərbaycan ərazilərini müşahidə edib, saat 09:52-də geriyə qayıdıblar.

Onlar Laçın rayonunun Fətəlipəyə kəndini müşahidə ediblər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək