Modern.az

Dini sammitin iştirakçıları Xankəndidə - FOTOLAR

Dini sammitin iştirakçıları Xankəndidə - FOTOLAR

Aktual

7 Noyabr 2024, 15:58

Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçıları noyabrın 7-də Qarabağa səfər çərçivəsində Xankəndi şəhərinə gediblər.

Modern.az-ın Qarabağa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, sammit iştirakçıları Xankəndidə aparılan abadlıq-quruculuq işlərilə yaxından tanış olublar.

Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov qonaqlara yerli vəziyyət barədə məlumat verib.

Sammit iştirakçıları daha sonra Xankəndidəki Zəfər meydanında şəkil çəkdiriblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular