Modern.az

Zəfər Günü münasibətilə konsert verilib - FOTOLAR

Zəfər Günü münasibətilə konsert verilib - FOTOLAR

8 Noyabr 2024, 17:12

Noyabrın 8-də Hacıqabul şəhər Heydər Əliyev parkında yerləşən açıq kinoteatrda “8 Noyabr - Zəfər Günü” ilə əlaqədar konsert proqramı keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, millət vəkili Rafael Hüseynov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, həmçinin rayonun idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və şəhər əhalisi iştirak edib.

Konsertdə Respublikanın tanınmış müğənniləri o cümlədə rayonun Mədəniyyət işçiləri  musiqi nömrələri ilə çıxış edərək “8 Noyabr - Zəfər Günü” münasibətilə tamaşaçıları təbrik etdilər. İncəsənət ustalarının rəngarəng musiqiləri əhali tərəfindən rəğbətlə qarşılanıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!