Modern.az

Bakıda Zəfər Günü belə qeyd edildi - VİDEO

Bakıda Zəfər Günü belə qeyd edildi - VİDEO

Aktual

8 Noyabr 2024, 20:59

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda Dənizkənarı Milli Parkda təşkil edilən konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

 

Modern.az xəbər verir ki, Dənizkənarı Milli Parkın ərazisindəki Saat qülləsinin yanında təşkil olunmuş konsert tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

 

Paytaxtımızın minlərlə sakininin və qonaqlarının maraqla izlədiyi konsertdən sonra möhtəşəm atəşfəşanlıq olub, paytaxtın qaranlıq gecəsi al-əlvan rənglərə boyanıb.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü