Modern.az

Lənkəranı çirkləndirən 44 nəfər cərimələndi

Lənkəranı çirkləndirən 44 nəfər cərimələndi

11 Noyabr 2024, 10:16

Lənkəranda ətraf mühitin çirkləndirilməsinə görə son bir ayda 44 nəfər cərimələnib

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun müxtəlif ərazilərində məişət tullantılarının urnalardan kənara atılmasına, antisanitar vəziyyət yaradılmasına görə aidiyyəti şəxslərlə profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.
Son 1 ay ərzində rayon ərazisində sanitar qayda pozuntusuna yol verən 44 şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsi təmin edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı