Modern.az

Hərbi hissədə komanda-qərargah təlimi - FOTO

Hərbi hissədə komanda-qərargah təlimi - FOTO

Aktual

15 Noyabr 2024, 15:24

2024-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, təlimin ilkin mərhələsində bölmələr "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb, tapşırıqlar dəqiqləşdirildikdən sonra döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub.

 

Sonra bölmələrin ərazidə maskalanması, eləcə də müdafiə və mühafizənin təşkilinə dair fəaliyyətlər icra edilib.
Qarşıya qoyulan tapşırıqlar təlimə cəlb olunan bölmələr tərəfindən dəqiq və vaxtında yerinə yetirilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi