Modern.az

Meşə fondu torpaqlarında 195 min ağac əkildi - FOTO

Meşə fondu torpaqlarında 195 min ağac əkildi - FOTO

15 Noyabr 2024, 18:35

Meşəbərpa tədbirləri bayram və tətil günlərində də davam edib. Xaçmaz, Qusar, Siyəzən, Masallı, Astara, Qəbələ, Qobustan, Ağsu, Tovuz, Gədəbəy, Daşkəsən, Ağcabədi, Göygöl, Goranboy, Hacıqabul, Bərdə, Ağdaş, Şəki və Zaqatala rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində ağacəkmə tədbirləri aparılıb və ümumilikdə 125 hektar sahədə 195 min ədəd müxtəlif növ ağac tingi əkilib, 4 tondan artıq toxum səpilib.   

 

Modern.az xəbər verir ki, hazırda ölkənin bütün regionlarının meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir və hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilir, toxumlar səpilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi