Modern.az

Şərurun bir hissəsində işıq olmayacaq

Şərurun bir hissəsində işıq olmayacaq

Aktual

16 Noyabr 2024, 10:16

Şərur şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Modern.az xəbər verir ki, bu gün Şərur Rayon Elektrik Şəbəkəsi tərəfindən 110/35/10 kilovoltluq "Şərur" yarımstansiyasından qidalanan 10 kilovoltluq Şərur 2 nömrəli hava elektrik verilişi xətti Şəhidlər Memorial Abidə Kompleksinin tikintisi ilə əlaqədar xəttin köçürülməsi məqsədilə sifarişə əsasən açılacaq.

Bununla əlaqədar Şərur şəhərinin bir hissəsində saat 11:30-dan 13:00-a qədər elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi