Modern.az

Prezident Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verdi

Prezident Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verdi

Aktual

16 Noyabr 2024, 16:20

Prezident İlham Əliyev Əl-Əzhərin Şeyxi, Müsəlman Ağsaqqalları Şurasının sədri Əhməd Əl-Tayyib Həzrətlərinə başsağlığı məktubu göndərib.

Modern.az xəbər verir ki, başsağlığı mətnində deyilir:

"Zati-həzrətləri,

Ailənizə üz vermiş ağır itki – bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular