Modern.az

Hikmət Hacıyev Ermənistanın ekoloji terroru ilə bağlı görüntülər YAYDI

Hikmət Hacıyev Ermənistanın ekoloji terroru ilə bağlı görüntülər YAYDI

Aktual

16 Noyabr 2024, 23:49

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsində Ermənistanın 30 illik işğal dövründə Azərbaycana qarşı ekoloji terroru ilə bağlı görüntülər paylaşıb.

Modern.az xəbər verir ki, paylaşımda bu fikirlər yer alıb:

"Son dövrlərdə Ermənistanın hərbi işğalından azad edilmiş Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələri sıfır emissiya və yaşıl enerji zonası elan edilib. 30 il davam edən hərbi işğal bölgənin ekosisteminə ciddi ziyan vurub. Əgər Ermənistanın hərbi işğalı olmasaydı, Azərbaycan yaşıl enerji sahəsində daha böyük nailiyyətlərə imza atardı". 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?