Modern.az

Bakıda Frank Peloniyə qarşı etiraz aksiyası

Bakıda Frank Peloniyə qarşı etiraz aksiyası

Aktual

17 Noyabr 2024, 14:26

Bakıda səfərdə olan ABŞ konqresinin ermənipərəst nümayəndəsi Frank Peloniyə qarşı etiraz aksiyası keçirilir.

 

Modern.az xəbər verir ki, ”Baku Marriott Hotel Boulevard”ın qarşısında keçirilən aksiyada vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirlər.

 

Aksiya iştirakçıları Peloninin Azərbaycan xalqından üzr istəməsini, dünənki dinc aksiya zamanı zorakılığa yol vermiş mühafizəçilərinə cinayət işinin açılmasını, Peloninin Azərbaycana qarayaxma kampaniyalarına görə cavab verməsini tələb edirlər.

 

Qeyd edək ki, ötən gün də F.Peloninin ermənipərəst mövqeyinə və lobbiçilik fəaliyyətinə görə etiraz aksiyası keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum