Modern.az

Paşinyan Roma Papasının hüzuruna GETDİ

Paşinyan Roma Papasının hüzuruna GETDİ

18 Noyabr 2024, 09:15

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birgə Müqəddəs Taxt-taca (Vatikan) işgüzar səfər edib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin məlumatında deyilir.

Məlumata görə, səfər çərçivəsində Nikol Paşinyan Roma Papası Fransisk ilə görüşəcək.

"Mən Vatikanda qısamüddətli işgüzar səfərdə olacaq, bu gün qayıdacağam", - Nikol Paşinyan bildirib.

"Annanın səfəri daha uzun sürəcək" deyən baş nazir həyat yoldaşı Anna Akopyanın Vatikanda daha uzun müddət qalacağını bildirib.

Qeyd edək ki, kiçik qızı da ailənin yanındadır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi