Modern.az

Bakı-Ağstafa-Bakı marşrutu üzrə yeni REYSLƏR

Bakı-Ağstafa-Bakı marşrutu üzrə yeni REYSLƏR

Aktual

18 Noyabr 2024, 17:45

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 24 noyabr tarixində əlavə qatar reysləri təyin edib.

ADY-dən Modern.az-a verilən məlumata görə, eyni zamanda, sərnişinlər Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilər.

Şəhərlərarası istiqamətlərdə səyahət edən sərnişinlərə tövsiyə olunur ki, COP29 tədbiri ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması fonunda Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlsinlər, sərnişinləri yola salan və ya qarşılayan zaman vağzal ərazisinə maksimum dərəcədə daxil olmamağa çalışsınlar.

Qeyd olunur ki, sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək.

 

1396715

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi