Modern.az

Dünya təcrübəsini Azərbaycanda tətbiq etməyə çalışırıq

Dünya təcrübəsini Azərbaycanda tətbiq etməyə çalışırıq

Aktual

18 Noyabr 2024, 17:00

Təhsil sahəsində Azərbaycan təcrübəsini dünyada, eyni zamanda, dünya təcrübəsini Azərbaycanda tətbiq etməyə çalışırıq.

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələrinin elan edilməsi ilə bağlı keçirilən tədbirdə deyib.

O qeyd edib ki, dünyanın müxtəlif ölkələrində artıq iqlim qiymətləndirilməsini müzakirə etmək mümkündür:

"Başa düşürük ki, reytinq hər şeyi əhatə etmir. Lakin reytinq bir çox məsələlərdə əsas götürülür. Rəqabət yaradır, önəmli məsələlərə fokuslanmağa kömək edir. Elm və Təhsil Nazirliyi 2022-2026-cl il üzrə dövlət strategiyası ilə Azərbaycanın üç universitetini dünyadakı ilk 500-lüyə salmağa çalışır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin köməkçisinin Qarabağ yalanı - Bakıdan sərt REAKSİYA