Modern.az

Saxta cərrahlardan danışan jurnalistin səhifəsi bloklandı

Saxta cərrahlardan danışan jurnalistin səhifəsi bloklandı

19 Noyabr 2024, 19:20

ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşovanın instaqram hesabı bloklanıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində paylaşım edib.

 

Qənirə Ataşovanın sözlərinə görə, Azərbaycan səhiyyəsindəki problemlərlə bağlı paylaşım etdiyi üçün onun hesabına hücum olub. O, paylaşımlarını müvəqqəti olaraq feysbukda edəcəyini bildirib.

 

Qeyd edək ki, Q. Ataşova bir müddət öncə öz instaqram hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşıb, onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur