Modern.az

Zaur Mikayılov Türkiyənin Su İşləri Baş İdarəsinin rəisi ilə görüşüb

Zaur Mikayılov Türkiyənin Su İşləri Baş İdarəsinin rəisi ilə görüşüb

Aktual

20 Noyabr 2024, 14:34

Bakıda COP29 çərçivəsində Mavi zonada təşkil olunan Türkiyə pavilyonunda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Türkiyə Respublikasının Dövlət Su İşləri Baş İdarəsinin rəisi Mehmet Akif Balta arasında görüş olub.

Modern.az xəbər verir ki, görüşdə su ehtiyatlarının idarə edilməsində əməkdaşlıq perspektivləri, su təsərrüfatı sahəsində innovativ texnologiyaların tətbiqi və beynəlxalq təcrübə barədə fikir mübadiləsi aparılıb.

Əlavə olaraq, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsirlərinin azaldılması istiqamətində tədbirlər, sərhədyanı su ehtiyatlarının idarə olunması, regional əməkdaşlıq və gələcək layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi