Modern.az

Elitanın postulatları

 Elitanın postulatları

26 Dekabr 2013, 11:26

Şahin Bağırov
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent,
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi


Müasir siyasi elmdə  cəmiyyətdə elitanın mövcudluğu məsələsi birmənalı qəbul olunur. Elitologiyaya  öyrənilmə  obyekti  kimi politologiya, sosiologiya, tarix və psixologiya sahəsində rast gəlinir. Əgər əvvəllər politoloji tədqiqatlarda ,,liderlikdən”, ,,xalq  kütlələrinin rolundan” danışılırdısa, indi aparıcı rolu elita oynayır.

Bu bir faktdır ki,  real siyasi proseslər cəmiyyətin inkişafı üçün vacib siyasi qərarlar qəbul edən, hakimiyyəti öz əlində cəmləşdirən azlığın - elitanın əlindədir. Amma politoloqların bəziləri “elita” terminini elmi saymırlar. Və fikirləriни belə əsaslandırırlar ki, əgər  бу termin hakim sinfи bildirirsə, heç bir yeni məzmun kəsb etmir. Yəni əgər onun köməyi ilə cəmiyyətin sinif təbəqələşməsi səthi elita-kütlə haçalanması ilə əvəzlənirsə, doвrц deyil, çünkü hakim yuxarı təbəqənin cəmiyyətin sinif sturukturu ilə, sosial-siyasi sistemin hakimiyyəti ilə əlaqəsini inkar etmir. Siyasi plüralizm nəzəriyyəsinin bəzi tərəfdarları bu terminin əleyhinə çıxırlar. Onlar елита anlayışının az mütəşəkkil cəmiyyətlər barəsində işlədilməsini mümkün sayır, “sənaye”, xüsusən də “postsənaye” cəmiyyətinin siyasi sisteminin təhlili ücün məqbul hesab etmirляр.  Hazırkı dövrdə idarə edən azlıq və idarə olunan çoxluğun cəmiyyətdə düzgün bölgüsü haqqında çoxlu müxtəlif konsepsiyalar mövcüddur. Bununla bərabər daim ironik yanaşmalar da mövcud olub. Həmçinin, bu yanaşmalarda aşağıdakı bədbin proqnozlar da yer alır:

-real həyatda elita hakimyyətin yüksək səviyyəsində yerləşir və kütləni siyasətə buraxmir.

-hakim elita vəzifəni özünə hakimiyyət, var-dövlət və şöhrət qazanmaq üçün istifadə edir.

-elita ilə kütlə arasında böyük fərqlər var. Bu fərqləri aşmaq praktik olaraq mümkün deyil.

Qeyd edək ki, hakimiyyətin idarə olunan və idarə edənlərə bölünməsinin qarşısının alınması problemi çox qədimlərdə deyilmişdir. Bu ideya ilə çıxış edənlərlə  bağlı Konfutsi, Platon, Makiavellinin adını çəkmək yetərlidir. Amma o dövrdə bu ideya özünə sosial dayaq tapmamışdır. İlk klassik elmi konsepsiyanı XIX əsrin sonu XX əsrin əvvəllərində Qaetano Moska, Vilfredo Pareto, Robert Mihels işləyib hazırlamışdı.Onların əsərlərində elitanın keyfiyyətləri, seçilmə kriteryaları və formaları, elitadaxili qarşılıqlı münasibətlər və kütlə ilə olan ünsiyyətləri, onun bilavasitə cəmiyyətdəki rolu xarakterizə olunur. Onlar istənilən cəmiyyətdə elitarliğın, onun idarə edən azlığa və idarə olunan çoxluğa bölünməsinin qaçılmaz olduğunu bildiriblər. Qeyd ediblər ki, hakimiyyət elitaya məxsusdur çunki o, xususi keyfiyyətləri ilə seçilir.

Belə nəticəyə gəlmək mümkündür ki, elita  cəmiyyətin yüksək idarəçilik istedadına malik qrupudur. Elita yüksək idarəçilik keyfiyyətinə malik, əsasən təbii seçilmiş şəxslərin nəticəsində yaranır.

Elita nəzəriyyəsinin vətənini İtaliya hesab etmək olar. Burada bir-birindən asılı olmayaraq Q.Moska və V.Pareto cəmiyyətin elitarlığı konsepsiyasının əsasını qoymuşdular. Siyasi elita anlayışının ilk elmi izahını isə Q. Moska vermiş, elitanı ,,daha məhsuldar və xüsusi insan qrupu” kimi təyin etmişdir. O, yazırdı: “İnsanlıq tarixi - bu tez-tez dəyişən elita tarixidir, biri yüksələrkən digəri enişə keçir”. Həmçinin, bunun səbəbini elitanın psixologiyasının dəyişməsində görürdü. Ona görə də  bu, psixoloji yanaşma adlanırdı. R. Mihells isə elita problemində  hakimyəti və onun təşkilatlanma prinsipini qabardırdı.

Adı cəkilən alimlər makiavellist məktəbin nümayəndələri hesab edilirdi və bu  məktəb elitaya yanaşmada reallıq baxımından  aşağıdakıları təsdiq edirdi:

-istənilən cəmiyyətə elitarliq xasdır.

-elita xüsusi siyasi və təşkilati keyfiyyətləri ilə xarakterizə olunur.

Sonrakı müxtəlif fərqli nəzəri yanaşmalarda isə X.Orteqa-i-Qasset, A.Toynbi, Y.A.Şumpeter, K.Mannqeym, Ç.R.Mills, Q.Lassuel və başqaları iştirak etmişlər. Onların da fikirlərindən belə qənaətə  gəlmək mümkündür ki, kütlə elitanın hakimiyyət hüququnu və onun legitimliyini tanıyır. Odur ki, elita bir-birini hakimyyət uğrunda mübarizə zamanı əvəzləyir, çünki heç bir qüvvə  hakimiyyəti könüllü təhvill verməyə müncər olunmayıb. Bu baxımdan demokratiyanı da seçkilər zamanı hakimiyyət uğrunda mübarizə aparan namizədlərin rəqabət meydanı hesab etmək mümkündür. Əslində elitanın formalaşması demokratiyanın prinsiplərinə zidd deyil. Məhz bu baxımdan elita hökmranlıqla yox, bilavasitə kütləni seçkilərdə qazandığı könüllü razılıq əsasında idarə etməlidir.


Müasir dövrdə elita nəzəriyyəsinin müxtəlif istiqamətləri mövcüddur. Elitanın ,,Dəyər”, ,,Demokratik elitizm”, ,,Plüralist elita”, ,,Solliberal elita nəzəriyyəsi” və s. elitanın müasir nəzəriyyələri hesab olunurlar. Bu nəzəriyyyələrin hər biri xüsusi siyasi əhəmiyyət kəsb etdiyindən siyasi elitanın öyrənilməsi də xüsusi aktuallıq kəsb edir.

Ümumiyyətlə, siyasi elita hakimiyyəti öz əlində cəmləşdirən, cəmiyyət həyatı üçün vacib qərarlar qəbul edən imtiyazlı qrupdur. Müasir cəmiyyətlər daxili ictimai -siyasi bətni müxtəlif diferensial quruluşlu, amma inteqratif siyasi elita ilə xarakterizə olunur. Siyasi elita bütün cəmiyyətlərə və dövlətlərə xasdır. Onun varlığı aşağıdakılarla şərtlənir:

1). İnsanların psixoloji və sosial qeyri-bərabərliyi, onların siyası həyatda qeyri-bərabər imkanları, istəkləri və fəaliyyətləri;

2) Qanuni əmək bölgüsü, hansı ki, pəşəkar əmək tələb edən, əməyin efektifliyini təmin edən şərait kimi;

3) İdarəçiliyin yüksək ictimai əhəmiyyəti və onun stimullaşdırılması;

4). Müxtəlif növlü sosial idarəçiliyin əldə olunması üçün geniş idarəçilik fəaliyyətindən istifadə etmək , məlumdur ki, siyasi idarəçilik əməyi birbaşa dəyər və  resursların təyinindən asılıdır;

5) Siyası rəhbərlər üzərində ümumi praktik idarəçiliyin mümkünsüzlüyü;

6) Geniş xalq kütlələrinin siyasi passivliyi, adətən siyasi sferaya aid olmayan həyati maraqlar.

 Əgər müxtəlif nöqteyi-nəzərləri ümumiləşdirsək, onda belə şərh vermək olar ki, siyasi elita  elə bir insan qrupudur ki, cəmiyyətdə yüksək vəzifəyə, hakimiyyətə bu və ya digər sferada aktiv siyasi fəaliyyətə və nüfuza malikdir.

Verilən fikirdə iki əsas məsələni qeyd etmək lazımdır. Birincisi,,,siyasi elita” və ,,hakim elita” özündə bilavasitə dövlət işlərində iştirak edən müxtəlif qrupları birləşdirir. Bura siyasi, iqtisadi, hərbi, ideoloji və b.növ elita daxildir. İkincisi, hakim elitanı təşkil edən digər qruplardan fərqli olaraq, siyasi elita bilavasitə siyasi hakimyyətdə iştirak edir.

Deməli, siyasi elita dövlət hakimyyətini və hakim vəzifələri öz əlində cəmləşdirərək, cəmiyyəti idarə edən qrup, ictimai təbəqədir. Bu, əsasən yüksək çəkiyə, hakim funksiyalara və vəzifəyə malik peşəkar siyasətçilərdir. Müasir dövlətlərdə siyasi elita monarxlar, prezidentlər, baş katiblər, baş nazirlər, nazirlər, qanunverici və icraedici orqanların rəhbərləri, deputatlar, ali məhkəmənin üzvləri, ştat qubernatorları, hakim strukturların başçıları, əyalətlərdə, regionlarda, yüksək diplomatik korpuslarda və b. təmsil olunur. Vaxtilə bəzi qərb ölkələrində (o cümlədən ABŞ,  Böyük Britaniya, AFR) fəal yaş həddi 50-55-dən 60-a qədər olan şəxslərin 80%-i bir-iki yüksək təhsil müəssəsi bitirmiş, əksər hissəsi iri sahibkarlar idi.

Siyasi elita hakimiyyətin əsasına malik insanlar qrupudur. O, mürəkkəb quruluşa və daxili müxtəlifliyə malikdir. Siyasi elitanın daxili bölgüsü şərti olaraq hakim funksiyaların həcmindən asılıdır.Verilmiş şərt əsasında aşağıdakı növ və ya səviyyələr fərqlənir: yüksək, orta, inzibati.

Yüksək siyasi elita özündə qanunverici, icraedici və məhkəmə hakimyyətinin yüksək vəzifələrini tutmuş rəhbərlər (birbaşa prezidentin əhatəsi, baş nazir, parlament spikerləri, hakim partiya rəhbərləri, parlamentdəki siyasi fraksiyalar) daxildir.

Orta siyasi elita çoxlu sayda seçilmiş vəzifəli şəxslərdən: parlamentarilərdən, senatorlardan, deputatlardan, qubernatorlardan, icra hakimlərindən, müxtəlif siyasi partiyaların liderlərindən, ictimai-siyasi hərəkat rəhbərlərindən, seçkiyə dair birliklərin rəhbərlərindən ibarət olur.

İnzibati elita (buna bürokratik elita da deyilir) - bu dövlət məmurlarının yüksək təbəqəsidir. Hansı ki, nazirliklərdə, departamentlərdə yüksək vəzifələr tuturlar.

Siyasi elitanın sosial taleyi ilk öncə yerinə yetirdiyi funksiyalardan aslıdır.Onlar müxtəlif, mürəkkəb və təbii ki, böyük məsuliyyət deməkdir. Məhz məsuliyyət belə bir sual ətrafında düşünməyi vadar edir ki, siyasi elitanın funksiyası nəyə əsaslanır? Cavab cox asan görünə bilər. Siyasi elitanın funksiyalarının mahiyyəti və sərhədləri ölkə konstitusiyası ilə təyin olunur. Belə ki, ölkələrdə siyası hakimyyətin siyasi  stabilliklə xarakterizə olunan  legitimliyi yaranır. Ancaq real həyatda konstitusiya və real hakimiyyət arasında ayrılıq hec də az deyil. Belə vəziyyət minimum iki halda yaranır:birincisi, ölkədə siyasi vəziyyət dəyişəndə (keçid dövrü) və bu dəyişikliklər konstitusiyada öz əksini tapmayanda. İkincisi, konstitusiyadan imtina edəndə. Məsələn, SSR-i konstitusiyasında hakimiyyət sovetlərə məxsus olsa da real siyası mənzərə bunu təsdiq etmirdi.

Qeyd olunan hallar siyasi elitanın yerinə yetirdiyi konkret funksiyaların öyrənilməsində vacib hesab olunur. Bu funksiyalar yetərincə çoxdur.Onlardan ən vacibləri: strateji, kommunikativ, təşkilati, inteqrativ.

Deyilən funksiyallardan birinci yerdə strateji funksiya durur.Onu mahiyyəti ictimai inkişafı təmin edən siyasi fəaliyyət proqramları, strategiya və taktikaların hazırlanmasıdır. Burada cəmiyyətin radikal dəyişim təlabatına uyğun yeni ideyalar, strategiyalar, islahatların keçirilməsi üçün konsepsiyalar yaranır.

Strateji funksiya tam mənada siyasi elitanın yüksək səviyəsində, yəni parlamentarilər, nazirlər kabinetinin üzvləri, ekspertlər, məsləhətçilər, prezident köməkçisi tərəfindən reallaşdırıla bilər.

Strateji elitanın uğurlu şəkildə reallaşdırılması yalnız siyasi kursun hazırlanması zamanı cəlb olunmuş kadrların keyfiyyəti ilə təyin olunmur. Bu, həm də ölkənin ictimai fikrindən və bu fikirlərin siyasi qərarların qəbulundakı əksolunma vəziyyətindən asılıdır. Şübhəsiz, söhbət siyasi elitanın kommunikativ növündən gedir. Bu növün başlıca məqsədi siyasi proqramlarda əhalinin müxtəlif təbəqəsinin sosial qruplarının maraq və təlabatlarının nə dərəcədə öz əksini tapdığını və praktik fəaliyyətdə reallaşdırıldığını izləməkdir. Bu funksiyanın ən mühüm üstünlüyü müxtəlif sosial cəmiyyətlərin əhvalını görmək və ictimai fikrin müxtəlif həyati məsələlərə görə dəyişməsinə tez və dəqiq reaksiya göstərməkdir.

Müxtəlif sosial qruplarla sıx əlaqələr yaratmaq məqsədi ilə hər bir ölkədə siyasi elita təmsilçiləri müntəzəm olaraq ölkə daxilində səfərlər təşkil edirlər.

 Siyasi elitanın əsas funksiyalarından biri də təşkilati funksiyadır. Siyasi elita bütün dövrlərdə kütləni təşkilatlandırmaq ehtiyacı hiss etmiş və edəcəkdir. Potensial siyasi elita arasında daha effektivi odur ki, öz proqramının kütlələr tərəfindən dəstəklənməsinə nail olsun.

Qeyd edildiyi kimi “hakim elita” anlayışı, siyasi elita anlayışından daha genişdir. Onu şərtləndirən əsas xüsusiyyətlər cəmiyyətdə yüksək dövlət vəzifələrində, siyasi strukturlarda, iqtisadiyatda, hərbi komplekslərdə və mədəniyyyət sahəsində təmsil olunmasıdır. Çünki birbaşa siyasi idarəçilikdə iştirak etməsə də cəmiyyətin bu hissəsi öz pəşəkar sahələrində yüksək göstəricilərə və nəaliyyətlərə malikdirlər.

Siyasi elitadan fərqli olaraq, hakim elita özündə iqtisadi, mədəni, ideoloji, elmi, informasiya və hərbi elitanı birləşdirir.

İqtisadi elita iri kapital sahibkarlarını özündə birləşdirən sosial təbəqədir. İqtisadi elitanın  qəbul etdiyi qərarlar, insanların həyatına hakimiyyətin verdiyi qərarlarından heç də az təsir göstərmir.

Mədəni elita daha nüfuzlu və tanınmış incəsənət xadimlərini, ədəbiyyat nümayəndələrini, yaradıcı şəxsləri  özündə birləşdirir.

Elmi elita intelektual elitanın daha istedadlı hissəsini özündə birləşdirir. Onun rolu elm və texnikanın inkişafı ilə təyin olunur.

Hərbi elita-hakim elitanın əsas hissəsidir. O, cəmiyyətin həyatında və siyasi proseslərdə mühim rol oynayır.Baxmayaraq ki, hərbi elitaya müstəqil qrup kimi baxılmır, hər halda onun bir hissəsi siyasi elitaya aid olur. Qeyd olunmalıdır ki, siyasi elitanın təsir dərəcəsi siyasi rejimin xarakterindən, ölkənin hərbiləşdirilmə səviyəsindən asılıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?