Modern.az

Hərbçilərimiz Səudiyyəyə getdi - FOTO

Hərbçilərimiz Səudiyyəyə getdi - FOTO

Aktual

21 Noyabr 2024, 19:23

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində “Gizirlər üçün 1-ci Beynəlxalq Liderlik Forumu” keçirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu beynəlxalq forumda iştirak edib.

 

Tədbir iştirakçıları arasında Azərbaycan və Səudiyyə Ərəbistanı ilə yanaşı, ABŞ, Almaniya, Banqladeş, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İngiltərə, İordaniya, İraq, İspaniya, İsveç, İtaliya, Küveyt, Qətər, Mərakeş, Misir, Nigeriya, Oman, Pakistan, Tunis, Türkiyə, Yaponiya və Yunanıstandan olan hərbi qulluqçular olub.

 

Forumun keçirilməsinin məqsədi gizir heyətinin liderlik qabiliyyətinin inkişafı və effektiv rəhbərlik bacarıqlarının artırılmasıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!