Modern.az

Vətən Müharibəsindən sonra sərhədçilərin xidmətə başladığı ərazilər - General açıqladı

Vətən Müharibəsindən sonra sərhədçilərin xidmətə başladığı ərazilər - General açıqladı

22 Noyabr 2024, 09:39

Vətən Müharibəsindən sonra yaradılan sərhəd mühafizə infrastrukturu barədə açıqlama verilib.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov bildirib.

“Vətən Müharibəsindən sonra Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının 1 əlahiddə sərhəd diviziyası, 3 hərbi hissə, 11 sərhəd komendantlığı, 3 əlahiddə bölmə və 121 sərhəd-döyüş məntəqəsi dövlət sərhədinin mühafizəsinə başlayıb”.

Ali Baş Komandan İlham Əliyevin apardığı siyasətin nəticəsi olaraq 19 aprel 2024-cü il tarixdə Qazax rayonunun Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edildikdən sonra Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi qulluqçuları Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli bayrağımız ucaldaraq şərəflə xidmətə başlayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Ukraynada bu ərazidə qızğın döyüşlər başladı