Modern.az

Bakıda jurnalisti maşın vurdu - FOTO

Bakıda jurnalisti maşın vurdu - FOTO

Aktual

23 Noyabr 2024, 13:39

Bakıda  jurnalist Elçin Cəfərovu avtomobil vurub.

Modern.az xəbər verir ki, bu barədə idman şərhçisi Pərviz Musayev sosial şəbəkə hesabında yazıb. 

Bədbəxt hadisə paytaxtın piyada keçidlərindən birində yaşanıb.

Belə ki, ötən gün axşam verilişdən çıxıb evə gedərkən jurnalisti naməlum sürücü işıqforun qırmızı işığında, piyada keçidinin üstündə vurub.

O təcili olaraq xəstəxanaya yerləşdirlib.

Elçin Cəfərov hadisə zamanı müxtəlif dərəcəli xəsarətlər alsa da, hazırda onun həyati təhlükəsi yoxdur.

1397979

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?