Modern.az

Həftəsonu aşkarlanan silah-sursatın sayı

Həftəsonu aşkarlanan silah-sursatın sayı

25 Noyabr 2024, 10:00

Noyabrın 23-də və 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 26 tüfəng, 1 patron darağı və 725 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?