Modern.az

Alim Cəbrayılov təqaüdə GÖNDƏRİLDİ

Alim Cəbrayılov təqaüdə GÖNDƏRİLDİ

Aktual

25 Noyabr 2024, 18:34

Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru Alim Cəbrayılovu qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokurorun birinci müavini Elçin Məmmədov noyabrın 25-də Baş Prokurorluğun inzibati binasında qəbul edib, ona Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən verilmiş “Prokurorluğun fəxri işçisi” döş nişanını və hədiyyə təqdim edib.

 

Bu barədə Modern.az-a Baş Prokurorluqdan məlumat verilib.

 

Baş prokurorun birinci müavini görüş zamanı çıxış edərək Alim Cəbrayılovun prokurorluq orqanlarında keçdiyi uzunmüddətli xidmət illərinə nəzər salaraq onun prokurorluq orqanlarında səmərəli fəaliyyəti, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, habelə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətləri qeyd edib.

 

Alim Cəbrayılov göstərilən diqqətə görə minnətdarlığını bildirib tədbir iştirakçıları ilə xatirələrini bölüşüb.

 

Görüş zamanı, həmçinin, digər tədbir iştirakçıları Alim Cəbrayılovla bağlı xoş xatirələrini bölüşüb, ona uğurlar arzulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya AĞIR ZƏRBƏ - Ukrayna barıt zavodunu darmadağın etdi