Modern.az

Nazir rəisi işdən çıxardı - Yeni TƏYİNAT

Nazir rəisi işdən çıxardı - Yeni TƏYİNAT

26 Noyabr 2024, 13:16

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib. 

 

Modern.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

 

Nazirin əmrinə əsasən, Nizami Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Quliyev Elmir Rövşən oğlu vəzifəsindən xaric edilib. 

 

Nazirin digər əmri ilə polkovnik-leytinat Ağayev Əlfağa Ramazan oğlu bu vəzifəyə təyin olunub. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi