Modern.az

Yaşa görə pensiyanın məbləği açıqlandı

Yaşa görə pensiyanın məbləği açıqlandı

Aktual

26 Noyabr 2024, 17:04

2025-ci ildə Azərbaycanda yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı proqnozlaşdırılır.

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahib Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında - dövlətə məxsus sosial fondların 2025-ci il dövlət büdcələri haqqında qanun layihələrinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,3 % çoxdur.

Gələn il Azərbaycanda orta aylıq pensiyanın isə bu ilin təsdiq olunmuş proqnozuna nisbətən 9,2 % çox - 536 manat olacağı proqnozlaşdırılır.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular