Modern.az

Rusiya - Azərbaycan oyunlarının hakimləri açıqlandı

Rusiya - Azərbaycan oyunlarının hakimləri açıqlandı

Aktual

26 Noyabr 2024, 17:40

Qadınlardan ibarət Azərbaycan milli komandasının noyabrın 28-də və dekabrın 2-də Rusiya yığması ilə Soçidə keçirəcəyi yoldaşlıq görüşlərinin hakimləri müəyyənləşib.

Modern.az xəbər verir ki, hər iki oyunu Tacikistandan olan eyni hakimlər briqadası idarə edəcək.

Qarşılaşmalarda Nodira Mirzoeva ədaləti qoruyacaq. Baş hakimin köməkçiləri Dilshoda Rahmonova və Farhod Kuralov olacaqlar. Dördüncü hakim funksiyasını Anastasiya Ponomaryova yerinə yetirəcək.

Qeyd edək ki, ilk oyun FİŞT Olimpiya Stadionunda, ikinci görüş isə “Soçi” klubunun məşq bazasında keçiriləcək. Hər iki matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı