Modern.az

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

27 Noyabr 2024, 09:50

Türkiyənin Bitlis şəhərində səhər saatlarında 4,3 bal gücündə zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. 

Zəlzələ saat 05.50-də Bitlisin mərkəz mahalında baş verib. Zəlzələnin dərinliyi yerin 8,71 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ ilə bağlı heç bir mənfi təsir açıqlanmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal