Modern.az

Bakıda 4 marşrut avtobusunun iş saatı uzadılır

Bakıda 4 marşrut avtobusunun iş saatı uzadılır

Aktual

27 Noyabr 2024, 17:18

Bakıda sərnişindaşımanı həyata keçirək 11, 43, 51 və 57 nömrəli müntəzəm avtobus marşrutlarının iş saatları uzadılır.

Modern.az xəbər verir ki, "Həzi Aslanov" metrostansiyasında aparılacaq təmir işləri ilə əlaqədar noyabrın 30-dan bu avtobuslar saat 06:00-dan 00:00-dək sərnişinlərə xidmət göstərəcək.

Daşıyıcılara avtobusların sayının artırılması və intervalın azaldılması ilə bağlı tapşırıqlar verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək