Modern.az

Tanışına qarşı dələduzluq edən şəxs SAXLANILDI

Tanışına qarşı dələduzluq edən şəxs SAXLANILDI

Aktual

28 Noyabr 2024, 08:33

Quba polisi tanışına qarşı külli miqdarda dələduzluq edən şəxsi saxlayıb

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a bildirildiyinə görə Quba Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan müraciət əsasında Tərtər rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində müvəqqəti kirayədə yaşayan Rövşən Baxşalıyevi saxlayıblar.

 

O, tanışı Rəsul Məmmədovun (ad soyad şərti) etibarından sui istifadə edərək ona Bakı şəhərində ev verəcəyi adı ilə ümumilikdə 132 min manat pulunu mənimsəyib.

 

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə R.Baxşalıyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi