Modern.az

Maştağada evləri su basdı - VİDEO

Maştağada evləri su basdı - VİDEO

28 Noyabr 2024, 09:34

Sabunçu rayonu, Maştağa qəsəbəsində evləri su basıb, həyətyanı sahələrdə bataqlıq əmələ gəlib.

Modern.az-ın məlumatına görə, Sadıqcan küçəsi, 213 ünvanında yaşayan sakinlər bildiriblər ki, 1 aydan çoxdur, evləri bilinməyən səbəbdən su basıb.

Sakinlər deyib ki, ərazidə kanalizasiya xətləri yoxdur, suyun dayanmadan artması evlərə ciddi zərər vurur. 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, əraziyə qəza xidməti göndərilib və yerindəcə araşdırma aparılıb. Qeyd olunan ünvanda Xidmətə aid içməli su şəbəkəsi mövcud deyil, əraziyə toplanan qrunt sularıdır.

Ətraflı “Xəzər TV”nin hazırladığı süjetdə:

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi