Modern.az

Nazirlik əməliyyat görüntülərini yaydı - VİDEO

Nazirlik əməliyyat görüntülərini yaydı - VİDEO

Aktual

28 Noyabr 2024, 10:14

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində və Azadlıq prospektində, həmçinin Abşeron rayonu, Masazır qəsəbəsində çoxmərtəbəli yaşayış binalarının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

FHN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, məlumatlarla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftlərin qapısı açılaraq köməksiz vəziyyətdə qalan ümumilikdə 5 nəfər xilas edilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular