Modern.az

Azərbaycan Prezidenti həmkarına məktub yazdı

Azərbaycan Prezidenti həmkarına məktub yazdı

Aktual

28 Noyabr 2024, 11:20

Prezident İlham Əliyev Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaniyə təbrik məktubu göndərib.

Modern.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi məmnunluqla xatırlayıram.

İnanıram ki, Azərbaycan-Mavritaniya münasibətlərinin dostluq məcrasında inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək