Modern.az

Qar yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Qar yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

28 Noyabr 2024, 16:12

Noyabrın 29-u günün birinci yarısında Quba-Qusar zonasında, 30-da isə Lənkəran-Astara zonasının bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı