Modern.az

Qəzaların tez-tez baş verdiyi prospektdə YENİLİK - VİDEO

Qəzaların tez-tez baş verdiyi prospektdə YENİLİK - VİDEO

29 Noyabr 2024, 10:20

Nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, yol-nəqliyyat hadisələrinin tez-tez baş verdiyi 8 Noyabr prospektində piyada və sürücülərin təhlükəsizliyi məqsədilə yeni svetoforlar quraşdırılıb.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən 8 Noyabr prospektinin müxtəlif hissələrində ümumilikdə 70 avtomobil, 48 piyada svetoforları quraşdırılaraq yol hərəkəti iştirakçılarının istifadəsinə verilib. Layihə çərçivəsində Mərkəzin əməkdaşları tərəfindən prospektdə kabel-kommunikasiya xətlərinin yenilənməsi işləri də aparılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı