Modern.az

MÜSİAD Azərbaycan rəsmiləri Bursada görüşlər keçirdilər - FOTO

MÜSİAD Azərbaycan rəsmiləri Bursada görüşlər keçirdilər - FOTO

Aktual

29 Noyabr 2024, 13:04

Müstəqil Sənayeçi və İş Adamları Birliyinin (MÜSİAD) Azərbaycan filialının İdarə Heyətinin üzvləri Türkiyədə səfərdədirlər.

 

Modern.az-ın məlumatına görə, İdarə Heyətinin sədri Rəşad Cabirli və digər üzvləri Bursa şəhərində mühüm görüşlər keçiriblər.

 

MÜSİAD Azərbaycanın İdarə Heyətinin üzvləri Sakarya Düşüncə və Həmrəylik platforması üzvləri ilə birlikdə Bursa Texniki və Bursa Uludağ Üniversitetelərində olublar. Bursa Texniki Universitetinin rektoru Naci Çağlar və Bursa Uludağ Universitetinin rektoru Ferudun Yılmazla görüşlər zamanı Təhsil və Mədəniyyət Komissiyalarının fəaliyyətləri çərçivəsində əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparılıb. Rektorlar gələn il Bakıda keçirilməsi planlaşdırılan "Gələcəyin peşələri, peşələrin gələcəyi" adlı tədbirə dəvət edilib.

1399631

 

Səfər çərçivəsində həmçinin MÜSİAD-ın Bursa şəhərindəki filialının rəhbəri Alparslan Şenocakla görüş keçirilib. Görüş zamanı ötən hər gün daha da dərinləşən Azərbaycan-Türkiyə əlaqələrinə verilə biləcək mümkün töhfələrlə bağlı müzakirələr aparılıb. Bursa filialının üzvlər Bakıya dəvət edilib.

 

1399636

Bursaya səfər çərçivəsində MÜSİAD Azərbaycanın İdarə Heyətinin üzvləri "Kontakt Grup"şirkətinin həmtəsisçisi və Baş İcraçı direktoru, azərbaycanlı sahibkar Yunis Heydərli və şirkət təmsilçiləri ilə görüşüblər. Bildirilib ki, Beynəlxalq ticarət fəaliyyəti həyata keçirən şirkət ölkələrimiz arasında ticarətin dinamikasının artmasına önəmli töhfələr verir. 

 

1399641

 

Bursa Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri İbrahim Burkay və üzvləri ilə görüşdə isə mümkün əməkdaşlıq perpektivlərini müzakirə edilib. Onlara MÜSİAD Azərbaycan tərəfindən hazırlanan "Azərbaycana gəlmək üçün 101 səbəb" kitabı təqdim edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi